Bank Of Baku

Müsavat Partiyası referendumla bağlı etiraz aksiyaları keçirəcək

Müsavat Partiyası referendumla bağlı etiraz aksiyaları keçirəcək
# 05 yanvar 2009 15:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası martın 18-nə təyin olunmuş Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma cəmiyyətin etirazını təşkil etmək məqsədli ilə hazırlıqlara başlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat Divanının bu gün keçirilən iclasında referendumla bağlı geniş müzakirə aparılıb. Cəmiyyətin etirazını təşkil etmək üçün bu dəyişikliklərin əleyhinə olan digər ictimai-siyasi təşkilatlarla da müzakirələr aparmaq qərara alınıb.

İclasda 2009-cu ildə partiyanın fəaliyyət planının yerinə yetirilməsi barədə müzakirə aparılıb. Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə əlaqədar yanvarın 31-də Novxanı qəsəbəsində onun abidəsi qarşısında aksiyanın və eyni zamanda, həmin gün partiya Məclisinin yubiley tədbirinin keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR