Bank Of Baku

Azərbaycanda keçiriləcək referendumla bağlı yalnız Respublika üzrə Təşviqat qrupları KİV-də ödənişsiz təbliğat-təşviqat kampaniyası aparacaq

Azərbaycanda keçiriləcək referendumla bağlı yalnız Respublika üzrə Təşviqat qrupları KİV-də ödənişsiz təbliğat-təşviqat kampaniyası aparacaq
# 06 yanvar 2009 08:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də keçiriləcək referendumla bağlı KİV-də ödənişsiz təbliğat-təşviqat kampaniyası aparmaq hüququ yalnız Respublika üzrə yaradılacaq Təşviqat qruplarına veriləcək. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, pulsuz təbliğat İctimai Televiziyada və təsisçisi dövlət qurumları olan qəzetlərdə aparılacaq. Respublika üzrə Təşviqat Qrupu yaratmaq üçün isə ölkə ərazisindəki seçki dairələrinin ən azı 60-nı əhatə edən 40 min seçicinin imzası tələb olunur. A. Sarıyev bildirib ki, televiziya vaxtı yalnız dəyirmi masalar üçün ayrılacaq.

Respublika üzrə Təşviqat qrupları bütün seçki dairələrinin ərazisində təşviqat üçün ayrılmış yerlərdə plakat yapışdırmaq hüququna da malik olacaqlar. Konkret dairə üzrə yaradılan Təşviqat qrupları isə yalnız həmin dairənin ərazisində təbliğat-təşviqat apara bilərlər. Bir dairə üzrə Təşviqat Qrupu yaratmaq üçün həmin dairədə yaşayan 500-dən artıq 2000-dən az seçicinin imzası tələb olunur.

Qeyd edək ki, referendumla bağlı təbliğat təşviqat kampaniyası fevralın 18-dən martıq 17-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR