Bank Of Baku

Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupu ilkin qeydiyyat üçün sənədləri MSK-ya təqdim edib

Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupu ilkin qeydiyyat üçün sənədləri MSK-ya təqdim edib
# 06 yanvar 2009 09:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupu ilkin qeydiyyatla bağlı lazım olan sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edib. Təşviqat qrupunun üzvü Mübariz Qurbanlının APA-ya verdiyi məlumata görə, sənədlər siyahısına qrupun yaradılması ilə bağlı keçirilmiş iclasların protokolları, müvafiq seçki dairəsində sayı, 500-dən 2000-ə qədər olan seçicilərdən ibarət təbliğat qruplarının yaradılması ilə bağlı bildiriş, qrupun səlahiyyətli nümayəndələri və həmçinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini siyahıları daxildir. M. Qurbanlının sözlərinə görə, MSK Təşviqat Qrupunu ilkin qeydiyyata aldıqdan sonra qrup komissiyadan imza vərəqələri götürəcək, 40 min imza toplandıqdan sonra quruma təhvil verəcək.

Qeyd edək ki, “Yeni Azərbaycan” Təşviqat Qrupu 2008-ci ilin dekabrın 31-də təsis olunub. Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov qrupun səlahiyyətli nümayəndələri seçiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR