Bank Of Baku

Müxalifət partiyaları növbəti etiraz aksiyasının tarixini bu həftə müəyyənləşdirəcəklər

Müxalifət partiyaları növbəti etiraz aksiyasının tarixini bu həftə müəyyənləşdirəcəklər
# 06 yanvar 2009 10:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müxalifət partiyaları Konstitusiyaya dəyişikliklərlə bağlı növbəti etiraz aksiyasının keçirilməsinə bu həftə qərar verəcəklər. Bu barədə APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, məsələ ilə bağlı partiyalar arasında məsləhətləşmələr davam etdirilir. H. Kərimov aksiyaların hələlik piketlər formasında keçirilməsinin nəzərdə tutulduğunu bildirib: “Bir neçə piketdən sonra mitinqlərin keçirilməsi də planlaşdırılıb. Biz bu aksiyalarla Konstitusiya dəyişikliyinə cəmiyyətin etirazını təşkil etmək fikrindəyik”. Qeyd edək ki, Konstitusiyaya edilən dəyişikliklərə etiraz olaraq AXCP və Müsavat Partiyası dekabrın 24-də Konstitusiya Məhkəməsinin binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR