Bank Of Baku

Təşviqat qruplarına dövlət büdcəsindən ayrılan vəsaitin sonradan geri qaytarılması tələb olunmayacaq

Təşviqat qruplarına dövlət büdcəsindən ayrılan vəsaitin sonradan geri qaytarılması tələb olunmayacaq
# 07 yanvar 2009 09:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Martın 18-də keçiriləcək referendumda təbliğat-təşviqat kampaniyası üçün Təşviqat qruplarına dövlət büdcəsindən ayrılan vəsaitin sonradan geri qaytarılması tələb olunmayacaq. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, seçkilərdən fərqli olaraq referendumda hər hansı miqdarda səs toplamaq şərti yoxdur: “Sadəcə, referendumdan sonra Təşviqat qruplarının seçki fondunda qalmış artıq vəsait dövlət büdcəsinə qaytarılmalıdır”.

R. İbrahimov onu da bildirib ki, Təşviqat qruplarına hansı məbləğdə maliyyə vəsaitinin ayrılması hələlik müəyyənləşməyib: “Bu barədə indidən rəqəm demək olmaz. Çünki bu məbləğ Təşviqat qruplarının sayından asılı olacaq. Dövlət büdcəsindən referendumun keçirilməsinə ayrılacaq vəsaitin müəyyən hissəsi Təşviqat qrupları arasında bölünəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR