Bank Of Baku

AXCP referendumla bağlı digər müxalifət partiyaları ilə birgə hərəkət edəcək

AXCP referendumla bağlı digər müxalifət partiyaları ilə birgə hərəkət edəcək
# 07 yanvar 2009 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) martıq 18-də keçiriləcək referendumla bağlı atılacaq addımları digər müxalifət partiyaları ilə birgə müəyyənləşdirəcək. APA-nın məlumatına görə, bu barədə AXCP Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Partiya sədrinin müavini Həsən Kərimov bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin qarşısının alınması üçün bütün addımların atılması nəzərdə tutulub. İclasda digər partiyalarla danışıqlar aparmaq və qərar qəbul etmək üçün sədr Əli Kərimliyə səlahiyyət verilib. H. Kərimov deyib ki, danışıqlarda referendumun boykot olunması, yaxud təşviqat qrupları yaradılaraq Konstitusiya dəyişikliklərinin əleyhinə təbliğat aparılması və bu məqsədlə kütləvi aksiyaların keçirilməsi barədə müzakirə aparıla bilər: ”Çox güman ki, müzakirələrdə bu iki variantdan biri seçiləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR