Bank Of Baku

Azərbaycanın “QİÇS haqqında” qanunu yenidən işlənəcək

Azərbaycanın “QİÇS haqqında” qanunu yenidən işlənəcək
# 08 yanvar 2009 11:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda “QİÇS haqqında” qanun yenidən işlənəcək. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib. Komissiya sədri Azərbaycanda QİÇS-li xəstələrin sayında artım tendensiyasının müşahidə edildiyini, dünyada isə bunun əksinin baş verdiyini bildirib: “Biz qərara gəlmişik ki, “SPİD haqqında” qanunu komissiyada işləyək. Bu sənədə dövrün tələblərinə uyğun yeni müddəalar əlavə oluna bilər”.

H. Rəcəbli, həmçinin, parlamentin yaz sessiyasında “Bədən tərbiyəsi və idman haqqında”, və “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihələrini də müzakirəyə təqdim edəcəklərini bildirib: “Bundan başqa, yaz sessiyasında Ailə və Əmək məcəllələrinə əlavə və dəyişikliklərlə bağlı layihəni də parlamentin müzakirəsinə çıxaracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR