Bank Of Baku

Müsavat Partiyası bu gündən referendumla bağlı “Respublika” Təşviqat qrupunun yaradılmasına start verib

Müsavat Partiyası bu gündən referendumla bağlı “Respublika” Təşviqat qrupunun yaradılmasına start verib
# 08 yanvar 2009 12:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası martın 18-də Azərbaycanda keçiriləcək referendumla bağlı “Respublika” Təşviqat qrupunun yaradılması üçün bu gündən hazırlıqlara başlayıb. Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, artıq bütün rayon təşkilatlarına təşəbbüs qrupları yaratmaq və toplantılar keçirmək barədə tapşırıq verilib. Təşviqat qrupunun yaradılması məqsədilə Mərkəzi Seçki Komissiyasından imza vərəqələrinin götürülməsinə ən azı 2 min seçicinin təşəbbüs irəli sürməsinə ehtiyac olduğunu bildirən A. Hacılı qısa müddətdə bunu həyata keçirəcəklərini qeyd edib: “Bu Təşviqat qrupu Müsavat Partiyasının üzvü olan və olmayan şəxslər tərəfindən yaradılacaq. Burada partiya üzvləri, bitərəf şəxslər də iştirak edə bilər. Eyni zamanda bir sıra partiyanın nümayəndələrinin, ictimai təşkilat nümayəndələrinin də bu prosesdə iştirakı mümkündür”.

A. Hacılı bildirib ki, Müsavat Partiyası yalnız bir Təşviqat qrupu yaradacaq: “Vaxt baxımından böyük problemlər var. Fevralın 1-dək MSK-ya 40 min imza təqdim olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR