Bank Of Baku

Azərbaycan Baş Prokurorluğunda referendumla bağlı kollegiya iclası keçirilib

Azərbaycan Baş Prokurorluğunda referendumla bağlı kollegiya iclası keçirilib
# 08 yanvar 2009 12:06 (UTC +04:00)
Bakı-APA. Baş Prokurorluqda “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin müzakirəsi, onun izahı və ümumxalq səsverməsinin keçirilməsi ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Kollegiya iclasında məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov ötən il ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrlə bağlı məlumat verib. O, hesabat ilinin n çox diqqət çəkən mühüm siyasi hadisələrindən biri kimi Milli Məclis tərəfindən 26 dekabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” ümumxalq səsverməsinin (referendumun) keçirilməsinə dair qərar qəbul edilməsini yüksək qiymətləndirib. O, Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə olunması, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi, ali dövlət hakimiyyəti orqanlarının, habelə ədliyyə, məhkəmə hakimiyyəti və yerli özünüidarə orqanlarının inkişaf etdirilməsi məqsədi daşıyan bu əlavə və dəyişikliklərin çox mühüm siyasi əhəmiyyəti nəzərə alınmaqla onun hərtərəfli öyrənilməsi və əhali arasında izahının aparılması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durduğu diqqətə çatdırıb. Kollegiya iclasında qeyd olunan Referendum Aktı layihəsinin müzakirəsi, onun izahı və ümumxalq səsverməsinin keçirilməsi ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə Baş prokurorun müavini Namiq Əsgərovun məlumatı əsasında aparılan müzakirələr nəticəsində Referendum Aktı layihəsinin prokurorluq işçiləri tərəfindən öyrənilməsi və ictimaiyyət arasında izahı ilə əlaqədar tədbirlər planı təsdiqlənib. İclasda həmçinin Baş Prokurorluğun təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənovun məlumatı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun 2008-ci ilin ikinci yarım ilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarım ilinə dair iş planı barədə məsələ müzakirə olunub. Baş prokuror Zakir Qaralov qurumun idarə və şöbələrinə, Respublika Hərbi Prokurorluğuna, Naxçıvan Muxtar Respublikası və bütün tabe prokurorlara 2009-cu ilin birinci yarım ilinə dair iş planının, habelə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramında nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar xüsusi olaraq təsdiq olunmuş tədbirlər planının müəyyən edilmiş müddətlər ərzində və yüksək keyfiyyətli icrasının təmin edilməsi ilə əlaqədar konkret tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR