Bank Of Baku

Əli Kərimli: “Müsavat Partiyasının referendumla bağlı ayrıca Təşviqat qrupu yaratmaq qərarından təəssüflənirəm”

Əli Kərimli: “Müsavat Partiyasının referendumla bağlı ayrıca Təşviqat qrupu yaratmaq qərarından təəssüflənirəm”
# 08 yanvar 2009 12:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müsavat Partiyasının fərqli qərar qəbul edərək referendumla bağlı ayrıca Təşviqat qrupu yaratmaq barədə qərarına təəssüflənirəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı Müsavat Partiyasının başqanı ilə bir neçə gün müzakirə aparıb, Azərbaycandakı siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının vahid təşviqat qrupunda təmsil olunmasını təklif edib: “Biz hesab edirik ki, ölkənin demokratik qüvvələrinin vahid təşviqat qrupunda təmsil olunmasının çox böyük əhəmiyyəti var. Bu, ilk növbədə, ölkənin vətəndaş cəmiyyətinin, siyasi qüvvələrin, demokratik kəsimin səfərbər olunması baxımından çox önəmlidir. Amma Müsavat indiki halda fərqli qərar qəbul etdi”. Ə. Kərimli buna baxmayaraq, Müsavat Partiyasının məsləhətləşmələrə açıq olduğunu elan etdiyini xatırladıb, buna görə yenə də danışıqların aparılacağını bildirib.

Ə. Kərimlini sözlərinə görə, AXCP-nin də təmsil olunduğu “Azadlıq” blokunun rəhbərləri “Azərbaycan Naminə” İctimai Forumla birgə keçirdiyi toplantıda Konstitusiyaya dəyişikliklərlə bağlı əks-təbliğat aparmaq üçün aktiv mübarizə yolunu seçmək qərarı veriblər: “Amma biz hər hansı Təşviqat qrupu yaratmaq barədə qərar vermədik. Hesab edirik ki, Azərbaycanda bu dəyişikliklərin əleyhinə çıxan, bu düzəlişləri ölkədə respublika quruluşuna təhlükə sayan insanların əksəriyyəti vahid təşviqat qrupunda birləşməlidir”.

ACXP sədri digər müxalifət partiyaları ilə bu istiqamətdə danışıqların davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR