Bank Of Baku

Məzahir Pənahov: “Referendumun müşahidə olunmasına heç bir məhdudiyyət qoyulmayacaq”

Məzahir Pənahov: “Referendumun müşahidə olunmasına heç bir məhdudiyyət qoyulmayacaq”
# 08 yanvar 2009 14:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Martın 18-də keçiriləcək referendumu təkcə Azərbaycan tərəfinin dəvət edəcəyi beynəlxalq müşahidəçilər deyil, özü təşəbbüs göstərən beynəlxalq təşkilatların nümayəndələri də izləyə biləcəklər”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, referendumun müşahidə olunmasına heç bir məhdudiyyət qoyulmayacaq: “Bizə müraciət edənlərin hamısının bu prosesi izləməsinə şərait yaradacağıq. Biz prosesin beynəlxalq müşahidəçilərin diqqət mərkəzində olmasında maraqlıyıq”. M. Pənahov əlavə edib ki, yaxın günlərdə MSK əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və xarici ölkələrin seçki qurumlarına dəvətlər göndərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR