Bank Of Baku

Səfa Mirzəyev Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının dinləyiciləri ilə görüşüb

Səfa Mirzəyev Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının dinləyiciləri ilə görüşüb
# 09 yanvar 2009 07:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının bir qrup dinləyicisi ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Mirzəyev parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi, Aparatın müvafiq şöbələrinin işi barədə onlara ətraflı məlumat verib. S. Mirzəyev bildirib ki, Milli Məclisdə dünyanın 73 ölkəsinin parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir, qanunverici orqanlar arasında bu əməkdaşlıq ölkənin beynəlxalq əlaqələrinin genişlənməsində, möhkəmlənməsində mühüm rol oynayır.

Görüşdə dünya maliyyə böhranı, martın 18-də konstitusiya islahatları ilə bağlı Azərbaycanda keçiriləcək referendumla bağlı məsələlərə toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR