Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyası bu ilin may ayına kimi yeni binaya köçəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyası bu ilin may ayına kimi yeni binaya köçəcək
# 09 yanvar 2009 08:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) yeni binasına bu ilin may ayına kimi köçməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, qurumun yeni binasının tikintisi nəzərdə tutulmuş vaxtda başa çatmayıb: “Bina sənət əsəri kimi yaradılan bir tikilidir. Amma bizdən və tikinti şirkətindən asılı olmayan müəyyən səbəblərə görə bina vaxtında hazır olmayıb. Biz planlaşdırırdıq ki, tikintini qısa müddətdə başa çatdıraq. Amma tikintinin aparılmasının də müəyyən tələbləri var ki, onlara hökmən riayət olunmalıdır”.

Qeyd edək ki, MSK üçün Binəqədi rayonu ərazisində yeni 10 mərtəbəli bina tikilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR