Bank Of Baku

AMİP Müsavat Partiyası və “Azadlıq” blokunun ayrı-ayrılıqda təşviqat qrupu yaratmasını pisləyib

AMİP Müsavat Partiyası və “Azadlıq” blokunun ayrı-ayrılıqda təşviqat qrupu yaratmasını pisləyib
# 09 yanvar 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Müsavat Partiyası və “Azadlıq” blokunun referendumla bağlı ayrı-ayrılıqda təşviqat qrupu yaratmasını pisləyib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya açıqlamasında bu addımı həmin siyasi qüvvələrin təşəbbüsü ələ almaq və qabağa düşmək cəhdi kimi qiymətləndirib: “Onlar bu cür addımlarla müxalifətin parçalanmasına xidmət etdiklərini anlamalıdır. Halbuki hər kəsin bir araya gəlib müzakirə aparmasına, müxalifətin vahid cəbhədə birləşməsinə çalışmalı idilər. Hərə öz bildiyi kimi hərəkət edəcəksə, heç nəyə nail ola bilməyəcəyik”.

Ə. Orucov bildirib ki, referendumu əngəlləməyə bir partiyanın gücü çatmaz: “Biz düşünürük ki, indiki halda mövqeləri və səyləri birləşdirmək olar. Bunun üçün müxalifətin zirvə toplantısının keçirilməsini istəyirik. Bu toplantıda mövqelər aydınlaşmalı, uyğunlaşmalı və birgə hərəkət barədə qərar qəbul olunmalıdır. Əks halda, müxalifətin bu pərakəndəliyi ilə hakimiyyətə təsir göstərmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR