Bank Of Baku

Arif Hacılı: “Əli Kərimlinin təəssüflənməsinin səbəblərini başa düşmürəm”

Arif Hacılı: “Əli Kərimlinin təəssüflənməsinin səbəblərini başa düşmürəm”
# 09 yanvar 2009 11:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyasının referendumla bağlı ayrıca Təşviqat qrupu yaratması müxalifətin vahid mövqedən çıxış etməsinə heç bir problem yaratmır. Ona görə də mən Əli Kərimlinin bu məsələdən təəssüflənməsinin səbəblərini başa düşmürəm”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, hətta Müsavat Partiyasının daxilində bir neçə Təşviqat qrupunun yaradılması nəzərdə tutulsa da, vaxt azlığı buna imkan verməyib: “Müsavat Partiyasının Təşviqat qrupunun yaratmasının ümumi işə, digər Təşviqat qruplarının yaradılmasına mane olması barədə fikirlər absurddur”.

A. Hacılı bildirib ki, müxalifət nə qədər çox Təşviqat qrupu yaradarsa, pulsuz efir vaxtı, seçki komissiyalarında məşvərətçi səs hüquqlu nümayəndə təyin edilməsi, təşviqat materiallarının yayılması, dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması və digər məsələlərdə daha geniş imkanlar əldə edər: “Bu imkanların artıq olmasının müxalifətə ziyanı yox, xeyri var”.

A. Hacılı “Azadlıq” bloku, həmçinin, digər müxalifət qüvvələrinin yaradacağı Təşviqat qrupları ilə əməkdaşlıq edəcəklərini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR