Bank Of Baku

Azərbaycanda Konstitusiya dəyişikliklərinin əleyhinə olan müxalifət partiyalarının toplantısında fikir ayrılığı yaranıb

Azərbaycanda Konstitusiya dəyişikliklərinin əleyhinə olan müxalifət partiyalarının toplantısında fikir ayrılığı yaranıb
# 09 yanvar 2009 14:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərin əleyhinə olan müxalifət partiyaları, qeyri-hökumət təşkilatları rəhbərləri və hüquq müdafiəçilərinin iştirakı ilə vahid mövqenin ortaya qoyulması ilə bağlı toplantı keçirilir. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli partiyalar arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqlarının kənara qoyulmasını, antireferendum koalisiyasının yaradılması təklif edib. O, hüquqi subyekt olmaq üçün referendumla bağlı vahid təşviqat qrupu yaradılmasının vacibliyini vurğulayıb: “Təkliflər var ki, bir neçə təşviqat qrupu yaransın. Lakin belə olsa, hakimiyyətin onların arasından seçim etmək imkanı olacaq”.

ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus vaxtın az olduğunun qeyd edərək vahid təşviqat qrupu yaradılması işinin tezləşdirilməsini və qrupun adının “Qarabağ” olmasını təklif ediblər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə vahid təşviqat qrupunun yaradılmasının tərəfdarı olmadığını açıqlayıb: “Bir neçə təşviqat qrupu olsa, imkanlarımız da geniş olar. Bu təşviqat qrupları arasında koalisiya da yaratmaq mümkündür”.

Milli Birlik Hərəkatının sədri Lalə Şövkət, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namaziov, Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli, hüquqşünas Ənnağı Hacıbəyli isə ayrı-ayrı təşviqat qruplarının yaradılmasının əleyhinə olduqlarını bildiriblər. İclasda vahid mövqe əldə olunmadığına görə, müzakirələrin mətbuatın iştirakı olmadan davam etdirilməsi qərara alınıb. Hazırda toplantı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR