Bank Of Baku

Azərbaycan Ombudsman Aparatı Avropa Şurasının yaranmasının 60 illiyi ilə əlaqədar Tədbirlər Planı hazırlayıb

Azərbaycan Ombudsman Aparatı Avropa Şurasının yaranmasının 60 illiyi ilə əlaqədar Tədbirlər Planı hazırlayıb
# 09 yanvar 2009 16:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan Ombudsman Aparatı Avropa Şurasının yaranmasının 60 illiyi ilə əlaqədar Tədbirlər Planı hazırlayıb. Aparatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın Avropa Şurası baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Veronika Kotekə göndərdiyi məktubda bildirilib.

Tədbirlər Planına əsasən, yanvarın 23-də “Avropa Şurası və Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın Avropa Şurası ilə əməkdaşlığı” mövzusunda tədbir keçiriləcək.

Bu il iyunun 18-də isə Avropa Şurası ölkələrinin Ombudsmanlarının, Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının və Avropa Ombudsmanlar İnstitutu üzvlərinin iştirakı ilə Ombudsmanların VII Bakı Beynəlxalq konfransının keçirilməsi planlaşdırılır.

Bundan başqa, Azərbaycanın bölgələrində də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR