Bank Of Baku

Naxçıvanda referendum üzrə “Azərbaycan naminə” təşəbbüs qrupu yaradılıb

Naxçıvanda referendum üzrə “Azərbaycan naminə” təşəbbüs qrupu yaradılıb
# 10 yanvar 2009 07:43 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinin təşviqatı məqsədilə Naxçıvan Muxtar Respublikasında (MR) referendum üzrə təşəbbüs qrupu yaradılıb. APA-nın yerli bürosunun məlumatına görə, təsis yığıncağında 723 nəfər tərkibdə “Azərbaycan naminə” təşəbbüs qrupunun yaradılması barədə qərar qəbul edilib.

Toplantıda 5 nəfərdən ibarət referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi, 2 nəfər isə təşəbbüs qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiq olunub.

Təsis yığıncağının sonunda «Azərbaycan naminə» adlı təşəbbüs qrupunun yaradılması barədə bildirişlə 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasına (DSK) müraciət edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, referendum bu il martın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR