Bank Of Baku

Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklərə dair referendumun səsvermə qaydaları açıqlanıb

Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklərə dair referendumun səsvermə qaydaları açıqlanıb
# 10 yanvar 2009 08:31 (UTC +04:00)
Bu mənada ki, onlar referenduma çıxarılmış 29 müddəanın hər birinə ayrı-ayrılıqda səs verə biləcəklər”. Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov deyib. Onun sözlərinə görə, 2002-ci ildə keçirilən referendumda da eyni üsuldan istifadə olunub. N. Məmmədov hələlik seçki bülletenlərinin hazırlanması qaydasının MSK-da təsdiq olunmadığını bildirərək bu barədə qəti söz deməyin tez olduğunu bildirib: “Hələlik bu məsələ MSK-da müzakirə edilməyib. Ona görə də qurumun adından danışa bilmərəm. Amma vətəndaşların hansıda müddəanın lehinə, hansısa müddəanın isə əleyhinə olacağı nəzərə alınacaq. Ona görə də hər maddəyə ayrılıqda səs veriləcək”.

Seçki bülletenlərinin necə hazırlanacağına gəldikdə, N. Məmmədov bu barədə də qərarın olmadığını qeyd edib: “Çox güman ki, referenduma çıxarılan 29 dəyişikliyin hər birinin qarşısında “hə”, “yox” və ya “leyhinə”, “əleyhinə” sözləri yazılacaq. Vətəndaşlar müddəalara münasibətlərini bu sözlərdən birini qeyd etməklə bildirəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR