Bank Of Baku

Azərbaycanda Konstitusiya referendumu ilə bağlı İctimai Təşkilatların Təşəbbüs Qrupu təsis edilib

Azərbaycanda Konstitusiya referendumu ilə bağlı İctimai Təşkilatların Təşəbbüs Qrupu təsis edilib
# 10 yanvar 2009 09:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və bir sıra QHT-lər Konstitusiyaya əlavə və dəyişikliklərə dair referendumla bağlı İctimai Təşkilatların Təşəbbüs Qrupunu təsis ediblər. APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən AHİK sədri Səttar Mehbalıyev bildirib ki, Təşəbbüs Qrupu Konstitusiya referendumu ilə bağlı ictimai maarifləndirmə işləri aparacaq, həmçinin referendumda aktiv iştirak edəcək. Bu gün Təşəbbüs Qrupunun qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət olunacaq.

Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni, «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlı, «Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə» İctimai Birliyinin sədri Emin Həsənli və digər ictimai təşkilatların nümayəndələri Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri müsbət qiymətləndirib, referendumla bağlı Təşəbbüs Qrupunun fəaliyyət proqramı ilə çıxış etməsinin vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR