Bank Of Baku

“Qarabağ və Respublika uğrunda” Vətəndaş Hərəkatında vahid Təşviqat qrupunun yaradılması ilə bağlı müzakirələr aparılıb

“Qarabağ və Respublika uğrunda” Vətəndaş Hərəkatında vahid Təşviqat qrupunun yaradılması ilə bağlı müzakirələr aparılıb
# 10 yanvar 2009 11:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Qarabağ və Respublika uğrunda” Vətəndaş Hərəkatında birləşən partiyaların təmsilçiləri Konstitusiyaya əlavə dəyişikliklərlə bağlı keçiriləcək referendum üzrə yaradılacaq vahid Təşviqat qrupu ilə bağlı bu gün müzakirələr aparıblar. Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, toplantıda Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf, Ümid partiyalarının təmsilçiləri iştirak ediblər. İclasda yanvarın 12-dən başlayaraq vahid Təşviqat qrupunun yaradılması məqsədi ilə ilkin təşəbbüs qruplarının iclaslarının keçirilməsi qərara alınıb. Yanvarın 15-dək isə Təşəbbüs qrupunun yaradılması nəzərdə tutulub. H. Rüstəmov bildirib ki, qrupun “Qarabağ və Respublika uğrunda” Təşviqat qrupu adlandırılması qərara alınıb.

H. Rüstəmov onu da qeyd edib ki, Müsavat Partiyası elan etdiyi “Respublika” Təşviqat qrupunun qeydiyyatdan keçirmək niyyətindən daşınmayıb: “Baxmayaraq ki, Müsavat Partiyası ayrıca Təşviqat qrupu yaradır, onlar həmçinin müxalifətin vahid təşviqat qrupuna da daxil olacaqlar. Onların ayrıca Təşviqat qrupu yaratması ümumi işə mane olmur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR