Bank Of Baku

Yanvarın 14-də qoşunların təmas xətində monitorinq keçiriləcək

Yanvarın 14-də qoşunların təmas xətində monitorinq keçiriləcək
# 12 yanvar 2009 07:29 (UTC +04:00)
Bakı-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Azərbaycan Respublikasının Tərtər və Ağdərə rayonları arasında yerləşən yoldakı (Tərtər rayonu) qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəCəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrci Aberle izləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR