Bank Of Baku

Zəngilan köçkünləri Estoniya prezidentinin Azərbaycana səfəri ərəfəsində etiraz aksiyası keçiriblər - FOTOSESSİYA

Zəngilan köçkünləri Estoniya prezidentinin Azərbaycana səfəri ərəfəsində etiraz aksiyası keçiriblər - <font color=red>FOTOSESSİYA </font>
# 12 yanvar 2009 09:06 (UTC +04:00)
APA-nın məlumatına görə, “Estoniyadan ədalət tələb edirik”, “Mirzə Camalova azadlıq”, “Əhliman Zeynalova azalıq” və digər şüarlar səsləndirən aksiya iştirakçıları bir il əvvəl Estoniyada həbs edilən həmyerlilərinin azadlığa buraxılmasını tələb ediblər. Onlar Estoniyada biznes fəaliyyəti ilə məşğul olan həmyerlilərinin qanunsuz olaraq, müəmmalı şəkildə həbs edildiyini diqqətə çatdırıblar: “Bu gün Azərbaycana səfər edən Estoniya prezidentini azərbaycanlı gənclərin işinə ədalətli baxılmasını təmin etməyə çağırırıq. Özünü Avropa Birliyinin üzvü hesab edən Estoniyadan haqsızlığa son qoymağı tələb edirik”.

Estoniyada həbs edilən Əhliman Zeynalovla, Mirzə Camalovun anaları Təbiət İsayeva və Roza Kərimova övladlarının azadlığa buraxılmayacağı təqdirdə, beynəlxalq təşkilatlara müraciət edəcəklərini, aclıq aksiyası keçirəcəklərini bildiriblər.

Aksiyanın sonunda hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları üç nəfəri saxlayaraq idarəyə aparıblar. İdarədən APA-ya bildirilib ki, saxlanılanların izahatı alınandan sonra sərbəst buraxılacaqlar.

Həbs olunanların vəkili Cavanşir Süleymanov APA-ya açıqlamasında Mirzə Camalovla Əhliman Zeynalovun qanunsuz olaraq həbs edildiyini deyib. Vəkilin sözlərinə görə, həbs olunan azərbaycanlılar Estoniya Cinayət Məcəlləsinin 184.2 və 392-ci maddələri (narkotik vasitələrin ölkəyə gətirilməsi) ilə ittiham olunublar: “Mən Estoniyada ilk dəfədir ki, bu şəkildə qanun pozuntusunun baş verdiyini görürəm. Bir ildir, saxlanmalarına baxmayaraq, indiyə kimi cəmi bircə dəfə dindiriliblər. Ən maraqlısı isə odur ki, onlarda narkotik maddə tutulmayıb”.

C. Süleymanov iş üzrə məhkəmə prosesinin bu ilin aprelində keçiriləcəyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR