Bank Of Baku

Avropa Şurası “Peyğəmbərimiz Məhəmmədin Məscidi” ilə bağlı problemin Azərbaycandakı məhkəmə instansiyalarında həllini məqbul sayır

Avropa Şurası “Peyğəmbərimiz Məhəmmədin Məscidi” ilə bağlı problemin Azərbaycandakı məhkəmə instansiyalarında həllini məqbul sayır
# 12 yanvar 2009 10:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Avropa Şurası Bakıda məhkəmə tərəfindən sökülməsi barədə qərar çıxarılan “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidlə bağlı məsələyə münasibət bildirib. Məscidi inşa etdirən dini icmanın rəhbəri Mirvaleh Mövsümov APA-ya açıqlamasında ötən il dekabrın 7-də Avropa Şurasının baş katibi Terri Devisə göndərdikləri müraciətə cavab aldıqlarını deyib. O bildirib ki, müraciət T. Devisin tapşırığı ilə AŞ-nin aidiyyəti bölməsində araşdırılıb: “Avropa Şurası məsələnin narazılıq olmadan Azərbaycandakı məhkəmə instansiyalarında həlli edilməsini istəyib. Əgər problem Azərbaycan məhkəmələrində müsbət və ədalətli həll olunmasa, biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR