Bank Of Baku

Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatının təşəbbüs qrupunun növbəti toplantısı keçirilib

Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatının təşəbbüs qrupunun növbəti toplantısı keçirilib
# 12 yanvar 2009 12:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatının təşəbbüs qrupu üzvlərinin növbəti toplantısı keçirilib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, iclasda qrupun atacağı addımlarla bağlı müzakirə aparılıb. O bildirib ki, müxalifətin vahid təşviqat qrupunun yaradılması üçün sabahdan ilkin təşəbbüs qruplarının iclasları keçiriləcək. Təşviqat qrupuna digər müxalifət partiyalarının daxil olub-olmayacağı ilə bağlı sualı A. Hacılı belə cavablandırıb: “Burada təkcə partiyalar deyil, ictimai təşkilatlar da təmsil olunacaq. Müsavat Partiyası ilə Klassik Xalq Cəbhəsi Partiyası arasında da danışıqlar aparılır. Bizdə olan məlumata görə, KXCP ayrıca təşviqat qrupu yaradılması istiqamətində ilkin qərar qəbul edib. Bununla bərabər KXCP-nin Müsavatın yaradacağı “Respublikaçılar” təşviqat qrupunda iştirak edəcəyi istisna deyil”.

Qeyd edək ki, Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatının təşəbbüs qrupunun toplantısında A. Hacılı il yanaşı, ADP sədri Sərdar Cəlaloğlu və onun müavini Həsrət Rüstəmov, ALP-nin sədr əvəzi Əvəz Temirxan, AXCP sədrinin müavini Həsən Kərimov, Ümid Partiyasının sədr müavini Ənvər Ağayev, VİP sədrinin müavini Büllur Hümbətov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR