Bank Of Baku

Demokratiya Uğrunda İttifaq “Azərbaycan Xalq Cümhuriyyəti” təşviqat qrupu yaradır

Demokratiya Uğrunda İttifaq “Azərbaycan Xalq Cümhuriyyəti” təşviqat qrupu yaradır
# 12 yanvar 2009 12:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. KXCP sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, yığıncaqda referendum əleyhinə “Azərbaycan Xalq Cümhuriyyəti” təşviqat qrupunun yaradılması ilə bağlı qərar qəbul olunub. DUİ-nin Sədrlər Şurası referendum əleyhinə olan digər təşəbbüslər, o cümlədən Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı və “Respublika” təşəbbüs qrupu ilə əməkdaşlığı məqbul sayıb. Yığıncaqda AMİP-in iştirakı ilə birgə təşəbbüs qrupunun yaradılması məsələsi də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR