Bank Of Baku

Böyük Quruluş Partiyası hökuməti enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərini azaltmağa çağırıb

Böyük Quruluş Partiyası hökuməti enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərini azaltmağa çağırıb
# 12 yanvar 2009 12:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Böyük Quruluş Partiyası (BQP) Azərbaycan hökumətini enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərini azaltmağa çağırıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda dünyada gedən qlobal iqtisadi böhranın Azərbaycana da öz mənfi təsirini göstərdiyi bildirilir. Bunun acınacaqlı vəziyyət yaratdığını bildirən BQP rəhbərliyi belə bir vəziyyətdə ölkənin bəzi qurumlarının enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasına müraciətinin təəccüblə qarşılandığını bildirib: “Bu gün dünya bazarında gedən sürətli ucuzlaşma tendensiyası Azərbaycanda da bir çox məhsulların, o cümlədən də enerji daşıyıcılarının və kommunal xidmət haqlarının qiymətlərinin ucuzlaşmasını vacib edir. Bütün bunları nəzərə alaraq BQP ölkə daxilində enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşmasını vacib sayır və hökuməti bu istiqamətdə təxirəsalınmaz addımlar atmağa çağırıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR