Bank Of Baku

“Yeni Azərbaycan” Təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb

“Yeni Azərbaycan” Təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb
# 12 yanvar 2009 12:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum üzrə “Yeni Azərbaycan” Təşəbbüs qrupu imzatoplama kampaniyasını yekunlaşdırıb. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkənin bir çox seçki dairəsini əhatə edən seçici imzaları artıq partiyanın mərkəzi qərargahına daxil olub.

Partiyanın İcra Katibliyində yaradılmış xüsusi qrup toplanmış imzaların düzgünlüyünü yoxlayır. İmzaların yoxlanması başa çatdıqdan sonra qısa zamanda 40 min seçici imzası Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR