Bank Of Baku

BAXCP xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılmasına etiraz edir

BAXCP xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılmasına etiraz edir
# 12 yanvar 2009 13:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı Milli Teleradio Şurasının (MTRŞ) bir müddət öncə qəbul etdiyi qərar müzakirə olunub, bir sıra xarici radiostansiyaların Azərbaycan xalqının milli-azadlıq hərəkatına dəstək verdikləri xatırlanıb. Toplantıda MTRŞ-nın qərarına etiraz bildirilib. Qurum üzvləri hesab ediblər ki, Azərbaycan hökuməti xarici radiostansiyalarının yayımının bərpası ilə bağlı konkret addımlar atmalıdır. İdarə Heyəti MTRŞ tərəfindən Azərbaycan televiziyalarında türk dilində proqramların, filmlərin və teleserialların yayımına qoyulan qadağaya da etirazını bildirib. BAXCP İdarə Heyəti ölkənin bəzi telekanallarında titrlərin müşayiəti ilə rus dilində olan proqramların və filmlərin yayımına müdaxilə edilmədiyindən təəccübünü bildirib. Yığıncaqda Türkiyənin müvafiq qurumlarının bir sıra ortaq mədəni layihələrin həyata keçirilməsində yetərincə fəaliyyət göstərmədiyi, qəbul edilən qərarların və razılaşmaların kağız üzərində qaldığı da qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR