Bank Of Baku

AMİP referendumla bağlı mövqeyini hələ müəyyənləşdirməyib

AMİP referendumla bağlı mövqeyini hələ müəyyənləşdirməyib
# 13 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) referendumla bağlı ya ayrıca, ya da Demokratiya Uğrunda İttifaqla birgə Təşviqat qrupu yaradacaq. Bu barədə APA-ya partiyanın sədr əvəzi Fuad Muxtarov məlumat verib. Onun sözlərinə görə, məsələ ilə bağlı AMİP-in mövqeyi bu günlərdə müəyyənləşəcək. F. Muxtarovun sözlərinə görə, partiya birmənalı olaraq referenduma çıxarılan bütün məsələlərin əleyhinə olmayacaq: “Partiya referenduma çıxarılan 29 müddəanın bəzilərinin əleyhinə, bəzilərinin lehinədir, bəzilərində isə neytral mövqe tutur. Buna görə də biz təbliğat-təşviqat kampaniyasında əhalini konkret olaraq müəyyən maddələrin lehinə, müəyyən maddələrin isə əleyhinə səs verməyə çağıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR