Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın təşviqat qrupu müxalif mövqedə olan digər təşviqat qrupları ilə əməkdaşlıq edəcək

Demokratiya Uğrunda İttifaqın təşviqat qrupu müxalif mövqedə olan digər təşviqat qrupları ilə əməkdaşlıq edəcək
# 13 yanvar 2009 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) referendumla bağlı yaradacağı “Azərbaycan Xalq Cümhuriyyəti” təşviqat qrupu müxalif mövqedə olan digər təşviqat qrupları ilə əməkdaşlıq edəcək. Bu barədə APA-ya DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. O, DUİ Sədrlər Şurasının son toplantısında bununla bağlı qərar qəbul edildiyini bildirib: “Bu əməkdaşlıq qarşılıqlı olmalıdır”. M. Mirəlioğlu müxalifət düşərgəsində yaranacaq digər təşviqat qruplarına dəstək verəcəklərini, amma DUİ-nin həmin qruplarda təmsil olunmayacağını deyib. Partiya sədri müxalifətin vahid təşviqat qrupunun yaradılması ilə bağlı müəyyən təkliflər aldıqlarını da açıqlayıb: “Biz irəli sürüləcək təkliflərin qeyd-şərtsiz olmasının tərəfdarı idik. Amma bəzi müxalifət liderlərinin bununla bağlı müəyyən şərtləri vardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR