Bank Of Baku

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşəbbüsü ilə “Hüquq və demokratiya” adlı təşviqat qrupu yaradılıb

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşəbbüsü ilə “Hüquq və demokratiya” adlı təşviqat qrupu yaradılıb
# 13 yanvar 2009 13:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Martın 18-də keçiriləcək referenduma çıxarılan Konstitusiya dəyişikliklərinin təbliğatı ilə bağlı daha bir təşviqat qrupu yaradılıb. APA-nın məlumatına görə, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) təşəbbüsü ilə yaradılan təşviqat qrupu “Hüquq və demokratiya” adlandırılıb. AHK İdarə Heyətinin sədri Əli Hüseynov təşəbbüs qrupuna bir sıra deputatların da qoşulduğunu açıqlayıb.

AHK İdarə Heyətinin üzvü Gültəkin Hacıbəyli təşəbbüs qrupunun yaradılmasını dəstəklədiyini deyib. İdarə Heyətinin digər üzvü Qüdrət Həsənquliyev də Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildirib. O, Konstitusiyaya təklif olunan dəyişikliyin bəzi müxalifət partiyalarının iddia etdiyi kimi, demokratiyanın əleyhinə yönəlmədiyini söyləyib. Q. Həsənquliyevin sözlərinə görə, hər bir ölkədə demokratiyanın göstəricisi qanunlara və insan hüquqlarına hörmətlə ölçülür.

Tədbirin sonunda Əli Hüseynov yeni yaradılan təşəbbüs qrupunun sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR