Bank Of Baku

Müsavat Partiyası “Respublikaçılar” təşviqat qrupunun yaradılması ilə bağlı hazırlığı yekunlaşdırıb

Müsavat Partiyası “Respublikaçılar” təşviqat qrupunun yaradılması ilə bağlı hazırlığı yekunlaşdırıb
# 13 yanvar 2009 13:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası “Respublikaçılar” təşviqat qrupunun yaradılması ilə bağlı hazırlıq işlərini yekunlaşdırıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, bu günə qədər 28 ilkin təşəbbüs qrupunun toplantısı keçirilib. Bu iclaslarda “Respublikaçılar” təşəbbüs qrupunun yaradılması üçün keçiriləcək toplantıya 2100 nümayəndə seçilib. A. Hacılı bildirib ki, təşəbbüs qrupunun yığıncağı sabah Müsavat Partiyasının qərargahında keçiriləcək. İclasda qrupun rəsmi adı təsdiqlənəcək və MSK-ya müraciət olunacaq. A. Hacılının sözlərinə görə, Müsavat Partiyası müxalifətin ümumi təşviqat qrupunda iştirak etdiyi kimi, AXCP, ADP və digər partiyalar da Müsavatın yaratdığı “Respublikaçılar” təşviqat qrupunun fəaliyyətində iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR