Bank Of Baku

Əli Hüseynov: “Azərbaycan mətbuat sahəsində üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir”

Əli Hüseynov: “Azərbaycan mətbuat sahəsində üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir”
# 13 yanvar 2009 14:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Bizim opponentlərimiz Konstitusiyanın 158-ci maddəsinə istinadən iddia edirlər ki, ana qanunun birinci bölməsinə əlavələr edilə bilməz. Bu maddə təbii ki, Konstitusiyaya əlavəyə məhdudiyyət qoyur. Qanuna əlavə isə parlament tərəfindən qəbul olunur. Onlar unudurlar ki, Konstitusiyanın birinci bölməsinə referendum yolu ilə dəyişiklik etmək mümkündür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri Əli Hüseynov deyib. O, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququnun verilməsi məsələsi haqda da həqiqətə uyğun olmayan fikirlərin səsləndiyini söyləyib. Ə. Hüseynov bildirib ki, 40 min seçiciyə verilən təşəbbüs hüququ yalnız qanunvericiliklə bağlıdır: “Bu, xalq demokratiyası ideyasının tətbiqi ilə bağlıdır”.

Ə. Hüseynovun sözlərinə görə, cəmiyyətdə düzgün anlaşılmayan məsələlərdən biri də Konstitusiyanın 32-ci maddəsinə təklif olunan dəyişikliklə əlaqədardır: “Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa video, foto çəkilişinin aparılmasının qadağan olunması barədə müddəa çox yanlış təfsir edilir. Azərbaycan mətbuat sahəsində üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Konstitusiyanın 32-ci maddəsi mətbuat azadlığını nəzərdə tutan 50-ci maddə ilə birgə təfsir edilməlidir. Hər hansı vəzifəli şəxsin fəaliyyəti ictimai əhəmiyyət kəsb edirsə, əlbəttə ki, indi olduğu qaydada çəkiliş aparmaq mümkündür. Bu cür incə məsələlər Azərbaycanın beynəlxalq hüquq baxımından götürdüyü öhdəliklər çərçivəsində həll edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR