Bank Of Baku

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin əleyhinə olan müxalifət təşkilatlarının Təşviqat Qrupu təsis olunub

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin əleyhinə olan müxalifət təşkilatlarının Təşviqat Qrupu təsis olunub
# 13 yanvar 2009 16:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Konstitusiyaya əlavə və dəyişikliklərin əleyhinə olan müxalifət partiyaları «Qarabağ və Respublika Uğrunda Hərəkat» Təşviqat Qrupu təsis ediblər. APA-nın məlumatına görə, bu münasibətlə bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən toplantıda çıxış edən AXCP sədrinin müavini Həsən Kərimov Təşəbbüs qrupu elan olunduğu vaxtdan 50 ilkin təşəbbüs qrupunun iclasının keçirildiyini və bu qruplarda ümumilikdə 2500 nəfərin təmsil olunduğunu deyib. Onun sözlərinə görə, ilkin təşəbbüs qruplarında siyasi partiyaların nümayəndələri ilə yanaşı, ictimai təşkilatların təmsilçiləri və bitərəflər də təmsil olunurlar. İclasda Təşviqat qrupunun adı elan edilib. Qrupun 25 nəfərdən ibarət səlahiyyətli nümayəndəsi müəyyənləşib. Qrupun MSK-dakı nümayəndəsi Həsən Kərimov, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə ADP Ali Məclisinin sədri Vaqif Şirinov olub. Sabah Təşviqat qrupunun yaranması ilə bağlı bildiriş MSK-ya təqdim olunacaq.

İclasda AXCP sədri Əli Kərimli çıxış edərək, Konstitusiyaya edilən dəyişikliklərin xalqa izah olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə müxalifət düşərgəsi bütün fikir müxtəlifliklərini kənara qoyaraq birgə mübarizə aparmalıdır.

Qeyd edək ki, Təşviqat qrupunda Demokrat, Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Ümid, Liberal partiyaları və bir neçə ictimai təşkilat təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR