Bank Of Baku

Milli Məclisin deputatları Almaniyaya səfər ediblər

Milli Məclisin deputatları Almaniyaya səfər ediblər
# 14 yanvar 2009 07:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən Rzayev və deputat Əkrəm Abdullayev “Azərbaycan - Almaniya arasında akademik mübadilə: hazırkı vəziyyət və perspektivlər” mövzusunda konfransda iştirak etmək üçün Berlinə səfər ediblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbir Azərbaycanın Almaniyadakı səfirliyi və bu ölkədə yaşayan soydaşlarımızın yaratdığı “Azərbaycan evi”nin təşkilatçılığı ilə həyata keçirilir.

Konfransda Almaniya - Azərbaycan münasibətləri, gənclər və təhsil siyasəti sahəsində əməkdaşlıq, bu ölkənin xarici tələbələr üçün mövcud təhsil imkanları, elmi əməkdaşlığa dair təcrübələr, əldə olunan nəticələr və perspektivlər müzakirə olunacaq. Deputatlar səfər çərçivəsində Almaniyada təhsil alan və elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizlə görüşəcək, onların fəaliyyətinin koordinasiyasına həsr olunan toplantıda da iştirak edəcəklər.
Səfər yanvarın 19-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR