Bank Of Baku

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
# 14 yanvar 2009 08:29 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Tərtər və Ağdərə rayonları arasında yerləşən yoldakı (Tərtər rayonu) qoşunların təmas xəttində monitorinq keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçiriblər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrci Aberle izləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR