Bank Of Baku

AMİP “Milli İstiqlal” təşviqat qrupu yaradır

AMİP “Milli İstiqlal” təşviqat qrupu yaradır
# 14 yanvar 2009 10:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumda iştirak etmək üçün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) “Milli İstiqlal” təşviqat qrupu yaratmaq barədə qərar qəbul edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya bildirib ki, partiya ayrıca təşviqat qrupu yaratmasına baxmayaraq, müxalifətdəki digər təşviqat qrupları ilə əməkdaşlıq edəcək. O, qrupun referenduma çıxarılmış 29 maddənin yalnız birinin əleyhinə təbliğat aparacağını qeyd edib: “Bizim fikrimizcə, digər maddələrə edilən dəyişikliklərə zərurət var. Amma 101-ci maddəyə təklif olunan dəyişikliyin əleyhinəyik”.

Qeyd edək ki, 101-ci maddəyə təklif olunan dəyişik bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR