Bank Of Baku

Müsavat Partiyası referendum üzrə Təşviqat qrupu yaradıb

Müsavat Partiyası referendum üzrə Təşviqat qrupu yaradıb
# 14 yanvar 2009 12:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının Azərbaycan Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendum üzrə yaratdığı “Respublikaçılar” Təşəbbüs Qrupunun iclası keçirilib. APA-nın məlumatına görə, partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı deyib ki, Təşviqat qrupunun yaradılması ilə bağlı partiyanın ayrı-ayrı rayon təşkilatlarında ümumilikdə 2450 nəfərin iştirakı ilə ilkin təşəbbüs qruplarının iclasları keçirilib və həmin toplantılarda “Respublikaçılar” Təşviqat qrupunun yaradılması məqbul hesab olunub.

Müsavat başqanı İsa Qəmbər çıxışında bildirib ki, ölkədə Konstitusiya dəyişikliklərinin əleyhinə ciddi hərəkatın başlanğıcı qoyulub. İ. Qəmbər deyib ki, referendum insan azadlığının hüdudlarının genişlənməsinə, icra orqanlarının səlahiyyətlərinin isə azaldılmasına xidmət etməlidir: “İndiki referendum isə icra orqanlarının səlahiyyətlərinin artırılmasına, insan azadlığının hüdudlarının isə məhdudlaşmasına xidmət edir. Amma hakimiyyət bu addımla və bu referendumla uğur qazana bilməyəcək”.

Toplantıda Təşəbbüs qruplarının təklifi nəzərə alınaraq, “Respublikaçılar” Təşviqat Qrupu yaradılıb.

G. Aslanlı deyib ki, “Respublikaçılar” Təşviqat Qrupunun yaradılması ilə bağlı bildiriş qısa müddətdə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR