Bank Of Baku

MSK 6 təşəbbüs qrupuna imza vərəqələri verib

MSK 6 təşəbbüs qrupuna imza vərəqələri verib
# 14 yanvar 2009 14:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinin təşviqatı məqsədilə bu günə qədər Mərkəzi Seçki Komissiyasına (MSK) 6 təşəbbüs qrupu müraciət edib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat daxil olub. Müraciət edən təşəbbüs qruplarının hamısına imza vərəqələri verilib. Bunlar “Yeni Azərbaycan”, “Tərəqqi”, “Şəhər”, “Abad kənd”, “Azad söz” və “Vətəndaş cəmiyyəti” təşəbbüs qruplarıdır. Təşəbbüs qrupları təşviqat qrupu kimi qeydiyyatdan keçmək üçün fevralın 1-dək ən azı 60 seçki dairəsini əhatə edən 40 min seçici imzasını toplayaraq MSK-ya təqdim etməlidir. Qeyd edək ki, MSK referendumla bağlı maarifləndirmə proqramına başlayıb. Bu iş televiziya və mətbuatda aparılır. Maarifləndirmə proqramı səsvermə gününədək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR