Bank Of Baku

“Yeni Azərbaycan” Təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim edib

“Yeni Azərbaycan” Təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim edib
# 14 yanvar 2009 15:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Azərbaycan” Təşəbbüs qrupu 2009-cu ilin martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair keçiriləcək referendum üzrə Təşviqat qrupunun yaradılması məqsədilə topladığı seçici imzalarını bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiyanın bütün rayon və şəhər təşkilatlarını əhatə etməklə 1000-ə yaxın fəalının iştirakı ilə ölkənin bütün seçki dairələrində seçici imzaları toplanıb. “Yeni Azərbaycan” təşəbbüs qrupu MSK-ya ümumilikdə 47 minə seçici imzası təqdim edib.

Qeyd edək ki, Seçki Məcəlləsinə görə, Təşviqat qrupunun yaradılması üçün 40 min seçici imzası tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR