Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
# 15 yanvar 2009 07:07 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 14-də saat 17.50-dən 18.15-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex və Ayqepar kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 20.10-dan 20.50-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR