Bank Of Baku

MSK referenduma çağırış plakatları hazırlayıb

MSK referenduma çağırış plakatları hazırlayıb
# 15 yanvar 2009 09:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin martın 18-də keçiriləcək referenduma çağırışı ilə bağlı 5 müxtəlif plakat hazırlayıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, plakatlar qurumun maarifləndirmə proqramı çərçivəsində hazırlanıb. Hər biri 30 min tiraj olan plakatların artıq 3-ü tam hazırdır və bu gündən aşağı seçki komissiyalarına göndəriləcək. A. Sarıyev yaxın günlərdə daha 2 fərqli plakatın tam hazır olacağını deyib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi martın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR