Bank Of Baku

“Müsavat” deputat qrupu Milli Məclisin yaz sessiyasında Antiböhran Proqramının qəbul olunmasını tələb edəcək

“Müsavat” deputat qrupu Milli Məclisin yaz sessiyasında Antiböhran Proqramının qəbul olunmasını tələb edəcək
# 15 yanvar 2009 09:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Müsavat” deputat qrupu Milli Məclisin yaz sessiyasında Antiböhran Proqramının açıqlanmasını və qəbul edilməsini tələb edəcək. Bu barədə APA-ya açıqlamasında deputat qrupunun üzvü Pənah Hüseyn bildirib. Millət vəkili deyib ki, hökumətin hesabatı parlamentə təqdim olunana qədər beynəlxalq maliyyə böhranın Azərbaycandan mümkün qədər yan keçməsi üçün çıxış yolları tapılmalıdır.

Deputat, həmçinin ana və uşaqlara verilən müavinət qaydalarının dəyişdirilməsindən bəhs edən qanun layihəsi hazırladığını, yaz sessiyasında bu sənədi müvafiq komissiyaya təqdim edəcəyini bildirib: “Biz həm də indiyə kimi hazırlayıb parlamentə təqdim etdiyimiz 9 qanun layihəsinin müzakirəyə çıxarılması istiqamətində cəhdlərimizi davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR