Bank Of Baku

“Qarabağ və Respublika Uğrunda Hərəkat” Təşəbbüs qrupu sənədləri MSK-ya təqdim edib

“Qarabağ və Respublika Uğrunda Hərəkat” Təşəbbüs qrupu sənədləri MSK-ya təqdim edib
# 15 yanvar 2009 13:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda Hərəkat” Təşəbbüs qrupu bu gün bildirişlə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Bu barədə APA-ya Təşəbbüs qrupunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, qrupun səlahiyyətli nümayəndəsi Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, Təşəbbüs qrupunun yaradılması ilə bağlı lazım olan bütün sənədlər Seçki Məcəlləsi və MSK-nın qəbul etdiyi təlimatlara uyğun hazırlanıb, 2 mindən çox təşəbbüsçünün imzası toplanıb. H. Kərimovun sözlərinə görə, qanunauyğun olaraq 5 gün müddətində MSK müraciətə baxıb Təşəbbüs qrupuna imza vərəqələri verməlidir.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı martın 18-nə təyin olunan referendumun əleyhinə olan müxalifət partiyaları “Qarabağ və Respublika Uğrunda” Təşəbbüs qrupu yaradıblar. Qrupda Xalq Cəbhəsi, Müsavat, Demokrat, Liberal, Vətəndaş və İnkişaf, Ümid partiyaları, bir sıra ictimai təşkilatlar təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR