Bank Of Baku

Aydınlar Partiyasının Gənclər Komitəsi təsis olunub

Aydınlar Partiyasının Gənclər Komitəsi təsis olunub
# 16 yanvar 2009 11:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Azərbaycan Aydınlar Partiyasının Gənclər Komitəsinin təsis toplantısı keçirilib. APA-nın məlumatına görə, təsis iclasında çıxış edən partiyanın sədri Qulamhüseyn Əlibəyli rəhbərlik etdiyi qurumun yaranma səbəbləri, siyasi kursa, qarşısında dayanan vəzifələrlə bağlı gənclərə məlumat verib. Onun sözlərinə görə, Aydınlar Partiyası ənənəvi müxalifət partiyalarından fərqli siyasi kurs götürüb, hakimiyyəti inkar etmir. O, partiyanın Gənclər Komitəsinə partiyanın ümumi kursundan kənara çıxmamaq şərti ilə nisbi müstəqilliyin veriləcəyini, partiya daxilində isə tam müstəqil fəaliyyət göstərəcəyini qeyd edib.

Partiya sədrinin çıxışından sonra Gənclər Komitəsinin rəhbər orqanları formalaşdırılıb. Araz Quliyev komitənin sədri, Tural Əliyev siyasi məsələlər üzrə müavin seçilib. A. Quliyev bildirib ki, hazırda komitədə 50 gənc təmsil olunur. O, təşkilatın sıraları genişləndikdən sonra İdarə Heyətinin, Siyasi şuranın formalaşacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR