Bank Of Baku

Azərbaycan paytaxtında ABŞ və İsrailin bayraqları, Corc Buş və Ehud Olmertin müqəvvaları yandırılıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında ABŞ və İsrailin bayraqları, Corc Buş və Ehud Olmertin müqəvvaları yandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 16 yanvar 2009 12:56 (UTC +04:00)
APA-nın Nardaranda olan əməkdaşının məlumatına görə, aksiyanın aparıcısı Nardaran sakini, İslam Partiyasının keçmiş sədri Hacı Hacıağa Nuri son vaxtlar Azərbaycan mətbuatında Nardaran əleyhinə təxribat və böhtan xarakterli materialların dərc olunduğunu bildirib. O, bunun məqsədli şəkildə edildiyini vurğulayıb: “Bunu edənlər yəhudilərə xidmət edirlər. Onlar Nardaranı Azərbaycanın ziyalıları, deputatları və hökuməti ilə üz-üzə qoymağa çalışırlar. Hətta bəzi mətbuat vasitələri Nardaranda keçirilən aksiyaları Şeyxülislam Allahşükür Paşazadənin adına bağlayırlar. Biz buna və ünvanımıza səslənən bütün böhtanlara etiraz edirik. Azərbaycanda referendum və bələdiyyə seçkiləri keçiriləcək. Nardaranlılardan kim istəsə, gedib səs verəcək”.

Kənd sakini Məşədi Mehman Məmmədov isə deyib ki, yanvarın 9-da qəsəbədə keçirilən aksiyada onun Azərbaycanda hərbi xidmətlə bağlı səsləndirdiyi fikirlər düzgün başa düşülməyib: “Biz Azərbaycanı qorumağa hazırıq”.

Sonda aksiyanın qətnaməsi qəbul olunub. Qətnamədə bildirilir ki, Nardaran sakinləri Fələstin əhalisi ilə həmrəydir. Bundan başqa, qətnamədə Azərbaycan hökumətinə qarşı İsraillə bağlı bir sıra tələblər irəli sürülüb. Nardaranlılar Azərbaycanın İsraillə olan bütün əlaqələrinin kəsməsini, həmin ölkə ilə müştərək müəssislərin məhsullarının Azərbaycan xalqı tərəfindən boykot edilməsini, İsraillə hərbi əlaqələrə son qoyulmasını tələb edirlər.

Mitinqdə ABŞ prezidenti Corc Buşun, İsrailin baş naziri Ehud Olmertin müqəvvaları, ABŞ və İsrailin dövlət bayraqları yandırılıb.

Qeyd edək ki, aksiyada əvvəlki mitinqlərdə olduğu kimi, “Amerika və İsrailə ölüm!”, “Biz Qəzza ilə həmdərdik!”, “ABŞ dünya müsəlmanlarına qənim kəsilib!” şüarları səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR