Bank Of Baku

MSK 8 Təşəbbüs qrupuna imza vərəqələri verib

MSK 8 Təşəbbüs qrupuna imza vərəqələri verib
# 16 yanvar 2009 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin təşviqatı məqsədilə bu günə qədər Mərkəzi Seçki Komissiyasına (MSK) 10 Təşəbbüs qrupu müraciət edib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat daxil olub. Müraciət edən Təşəbbüs qruplarından 8-nə imza vərəqələri verilib. Bunlar “Yeni Azərbaycan”, “Tərəqqi”, “Şəhər”, “Abad kənd”, “Azad söz”, “Vətəndaş cəmiyyəti”, “Hüquq və Demokratiya”, “Demokratik Azərbaycan Dünyası” təşəbbüs qruplarıdır. “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” Təşəbbüs qruplarına isə hələlik imza vərəqələri verilməyib.

Qeyd edək ki, Təşviqat qrupu kimi qeydiyyatdan keçmək üçün fevralın 1-dək ən azı 60 seçki dairəsini əhatə edən 40 min seçici imzası toplanaraq MSK-ya təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR