Bank Of Baku

Məlahət İbrahimqızı Fəzail Ağamalını məsuliyyətli olmağa çağırıb

Məlahət İbrahimqızı Fəzail Ağamalını məsuliyyətli olmağa çağırıb
# 16 yanvar 2009 13:16 (UTC +04:00)
Elbrus Seyfullayev - APA. “Deputat Fəzail Ağamalı mətbuata açıqlamasında mənim barəmdə heç bir fakta söykənməyən informasiya yayıb. Mən heç bir mətbuat orqanında və kiminsə yanında prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətin götürülməsi ideyasının müəllifi olduğumu iddia etməmişəm. Qaldı bu ideyanın müəlliflik hüququna, nə Fəzail Ağamalı, nə də başqaları özünə divident qazanmağa çalışsın. Bu ideyanın bir müəllifi var, o da Azərbaycan xalqıdır”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı həmkarı Fəzail Ağamalının onun ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq bildirib.

YAP-çı deputat həmkarı tərəfindən düzgün olmayan açıqlamanın verilməsindən təəssüf hissi keçirdiyini deyib. O, hər kəsi dediyi sözün məsuliyyətini anlamağa, qeyri-ciddiliyə yol verməməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR