Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini iki istiqamətdə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini iki istiqamətdə atəşə tutub
# 17 yanvar 2009 08:58 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Düşmən bölmələri yanvarın 16-da saat 18.10-dan 18.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, yanvarın 16-dan 17-nə keçən gecə saat 23.45-dən 00.16-dək isə Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR